Astarada 2 mərtəbəli ev yandı

 20:22 07.01.2023     206

Astarada evdə yanğın olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 169 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.