Yeniyetmə qız özünü bıçaqladı

Göygöldə yeniyetmə qız özünə bıçaqla xəsarət yetirib.
Redaktor.az xəbər verir ki, 16 yaşlı Aytac Verdiyeva hadisədən sonra xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 2007-ci il təvəllüdlü qızın xəsarəti yüngüldü. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.