Bakıda restoran yandı

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Redaktor.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.