Kirayədə qalan yeniyetmə qəfildən öldü

Gəncədə kirayədə qalan yeniyetmə naməlum şəraitdə ölüb.
Redaktor.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun qəfil vəziyyəti pisləşib.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, artıq yolda dünyasını dəyişdiyi məlum olub. Yaxınları yeniyetmənin qızdırması olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.