Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib - FOTO

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib.
Redaktor.az xəbər verir ki, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar.
Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.
MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.
Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur.
Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.




