"Sədərək"dəki yanğın barədə son məlumat - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.
Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam məhdudlaşdırılıb.
Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
“Sədərək” ticarət mərkəzində yanğın söndürülüb.
Redaktor.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, yanğın söndürülüb, hazırda soyutma işləri aparılır