Polis yanğın zamanı "Sədərək"dən oğurluq edənləri SAXLADI - FOTO

 21:29 08.01.2023     407

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yalan məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

 

 

22