"Sədərək"dəki yanğında polis tüstüdən zəhərləndi - FOTO

“Sədərək” ticarət mərkəzində yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.
DİN-dən Redaktor.az-a bildirilib ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun müalicəsi davam etdirilir.
Nazirliyin məlumatında o da qeydedilib ki, "Sədərək" TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Ziyanına miqyasını azaltmaq üçün təhlükəsizlik tədbirləri görülüb. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb.
