Qarlı havada xəsarət alanların sayı açıqlandı

Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.
Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.