Bakıda qarda sürüşərək yıxılanlar barədə TƏBİB-dən AÇIQLAMA

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.
Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.