Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, hadisə Nəsimi rayon Rəşid Behbudov küçəsində qeydə alınıb.
Belə ki, sürücü Səbinə Hacıyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə 50-60 yaşlı qadını vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.