Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.
1972-ci il təvəllüdlü Asif Dadaşov,1976-cı il təvəllüdlü Şəfiqə Dadaşova və 1994-cü il təvəllüdlü Kamil Dadaşov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, Dadaşova ailəsinin üzvüləri yaşadıqları evdə dəm qazından zəhərləniblər (apa).