Metroda ölən şəxsin kimliyi məlum oldu

 11:32 10.01.2023     410

Bakı metrosunda ölən kişinin kimliyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətin Redaktor.az-a bildirilib ki, həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.

Xatırladaq ki, bu gün səhər saat 07:45 radələrində metronun "20 yanvar" stansiyasında bir sərnişin halı pisləşdiyi üçün qatardan düşürülüb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.

Vumart və Güvən reklamı Vumart Güvən