“Keçən il Kür çayında batan kişinin axtarışları davam etdirilir” - FHN - VİDEO
Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışlarını davam etdirir.
Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.