Bu rayonda müəllimə hücum edildi

 18:09 10.01.2023     555

Neftçalada ibtidai sinif müəlliminə qarşı soyğunçu hücum edilib.

Redaktor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, yanvarın 9-da Neftçala rayonu Bankə qəsəbə sakini E.İbrahimova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək günorta saatlarında işlədiyi məktəbdən evə qayıdan zaman bir nəfər naməlum şəxs tərəfindən hücuma məruz qaldığını, həmin şəxsin ona xəsarət yetirdiyini və əlində olan çantasını alaraq həmin ərazidən uzaqlaşdığını bildirib.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir (apa).