Metrodan oğurluq edən şəxs saxlanıldı

 10:33 11.01.2023     447

Bakıda metroda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, müxtəlif vaxtlarda metro stansiyalarında 4 sərnişinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Vidadi Bəkirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən