Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı

Bakıda 19 yaşlı oğlan özünü çoxmərtəbəli binadan atıb.
Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, ötən gecə saat 21 radələrində 2004-cü il təvəllüdlü O.İ. özünü Binəqədi rayonu İ.Hacıyev küçəsində yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanından atıb.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.