Yaşayış binasında yanğının səbəbləri araşdırılır

 13:17 11.01.2023     244

Abşeronun Məmmədli kəndində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 25 ədəd texnikası, eyni zamanda 132 canlı qüvvəsi cəlb olunub.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib. O bildirib ki, yanğın 90 dəqiqə ərzində tam lokallaşdırılıb:

"Yanğın çardaq hissəsində baş verib. Daha sonra kabellər vasitəsilə şaxtaya keçərək birinci mərtəbədə yerləşən ticarət obyektinə keçib. Yanan çardaq hissə təxminən, 600 kvadratmetrdir. Hazırda birinci mərtəbədə yerləşən ticarət obyektindəki yanğının söndürülməsi prosesi davam edir. Əhali tam təxliyə olunub. Vətəndaşlar arasında xəsarət alan yoxdur. Yanğının baş vermə səbəbləri araşdırılır".