Şirvan sakindən 1 kq heroin aşkarlandı

 09:25 12.01.2023     94

Şirvan şəhər sakininin evindən 1 kiloqram heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Abbasov saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 15 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.