Arvadını qətlə yetirən şəxsə 18 il HƏBS VERİLDİ

 13:21 12.01.2023     551

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Arzuman Fazilova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı isə A.Fazilovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1978-ci il təvəllüdlü A.Fazilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanı öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.