Şamaxıda inzibati bina yandı

Şamaxıda inzibati binada yanğın olub.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.