Goranboyda ağır qəza oldu

 22:48 12.01.2023     809

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən