Qəbiristanlıqdan oğurluq edənlər  TUTULDU

 10:09 13.01.2023     278

Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Ata Məmmədli, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Orucov və Bakı şəhər sakini Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub.