“Polad” ləqəbli polis polkovniki vəfat etdi

“Polad” ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.
Redaktor.az xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.
O, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olub.
Qeyd edək ki, polkovnik daha əvvəl Biləsuvar, İmişli, Şamaxı rayonlarının polis rəisi kimi də çalışıb.