Bakıda şokolad oğrusu tutuldu

 15:16 13.01.2023     325

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın B.Sərdarov küçəsində yerləşən “Spar” marketdə qeydə alınıb.

Market rəhbərliyi polisə müraciət edərək mağazada xeyli miqdarda şokoladın oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 33 yaşlı Rasim Abdülrəhmanov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Mahir Qocayevə məxsus avtomobildən də 500 manat pul oğurlaması müəyyən ediılib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.