Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın oldu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Redaktor.az xəbər verirBu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.
Əlavə məlumat veriləcək.