Bakıda mənzil yanıb külə döndü - VİDEO

Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binanın 2-ci mərtəbəsində mənzil yanıb.
Redaktor.az xəbər verir ki, ev sahibləri mənzildə olmadığından yanğın nəticəsində xəsarət alan olmasa da, ev külə dönüb.
Artıq yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.
Turan İsmayıl


