Binəqədidə evdə meyit tapıldı

Bakı şəhərinin Binəqədi rayonunda evdə meyit tapılıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb:
“Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər”.