Qumbara satan şəxs cinayət başında yaxalandı

Sabirabadda qumbara satan şəxs cinayət başında yaxalanıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.