Abşeronda gənc oğlan qazdan zəhərlənib öldü

 13:03 14.01.2023     336

Abşeronda gənc oğlan dəm qazından zəhərlənib.

Redaktor.az "lent.az"a istinadla xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 26 yaşlı Hüseynov Taleh Razı oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.