Qazaxda narkokuryerlik edən şəxslər saxlanıldı
Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Əkbər Vəliyev narkotik vasitəni müəyyən məbləğdə pul və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilmiş narkotik vasitəni Gəncə şəhərinə aparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin” və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.