Salyanda maşın aşdı - Yaralılar var

 21:15 14.01.2023     491

Salyanın Aşağı Kürkənd kəndində “Hyundai” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində Salyan şəhər sakinləri - 2005-ci il təvəllüdlü Kərəmov Qədim Faiq oğlu, 2007-ci il təvəllüdlü Məlikzadə Hüseyn İbad oğlu və qardaşı, 2003-cü il təvəllüdlü Məlikov Əliağa İbad oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.