Naxçıvanda oğru energetik ələ keçdi

 21:45 14.01.2023     465

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat tədbiri zamanı rayonun Çeşməbasar kəndində yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi zamanı istifadə olunan 50 mm-lik alüminium məftilləri Naxçıvan Muxtar Respublikası Energetika Xidmətinin əməkdaşı Süleymanov Teymur Əyyub oğlu tərəfindən gizli yolla özünəməxsus yaşayış evinə yığdığı aşkar olunub.

Redaktor.az-ın Report-a istinadən məlumatına görə, faktla bağlı Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılır.

 

 

2