Yük maşını piyadanı vurub öldürdü

Göyçayda yük avtomobili yolun kənarında piyadanı vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az bildirilib ki, Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.