67 yaşlı arvadını öldürən kişi saxlanıldı - YENİLƏNİB

 19:45 15.01.2023     425

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri saxlanılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. 

araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

***

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.