Azərbaycanda yol polisi piyadanı vurdu - VİDEO - YENİLƏNİB

 19:44 16.01.2023     1121

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı "BMW” markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən