Bakıda qatar maşınla toqquşdu - Xəsarət alan var

 09:12 16.01.2023     329

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində qeydə alınıb.

Məlumata görə, 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlunun idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi keçiddən keçərkən yük qatarına çırpılıb. Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov ağır sınıq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.