İtkin düşən məktəblilərlə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı xəbərə münasibət bildirib.
Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.
Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.
Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.
***
Bakıda və Şəkidə məktəblilər itkin düşüb.
Redaktor.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.
Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.