Kirayədə yaşayan tələbə qızlar dəm qazından zəhərləndi

Naxçıvan şəhərində kirayədə yaşayan daha 2 tələbə qız dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağla araşdırma aparılır (apa).