Bakıda ağır qəza, 28 yaşlı qız öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, dünən saat 17 radələrində Binəqədi-Mehdiabad yolunda Xədicə Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobillə Rauf Abbasovun sürdüyü “Toyota Prius” toqquşub. Nəticədə sonuncu avtomobildə olan sərnişin olan 1995-ci il təvəllüdlü Hüseyinova Xumarə Qulu qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.