Ödəmə terminallarından 20 min manata yaxın pul oğurlandı

 11:57 16.01.2023     242

Tovuzda ödəmə terminallarından 20 min manata yaxın pul oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat pul, Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17.563 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.