Hamamda qadın meyiti aşkarlandı

Sabirabad şəhəri, Vidadi küçəsi 89 ünvanında hamamda qadın meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, meyit 1974-cü il təvəllüdlü Rəhimova Şəlalə Zakir qızına məxsusdur.
Ş.Rəhimovanın dəm qazından boğulduğu güman edilir.
Faktla bağlı araşdırma aparılır.