Redaktor.az-ın müxbiri qəzada xəsarət aldı - FOTO
Bu gün saat 20.00-radələrində Bakı-Sumqayıt magistralında Abşeron Rayon Xəstəxanasının qarşısında “99 XS 168” dövlət nömrə nişanlı “Chevrolet Orlando” markalı avtomobillə, taksi fəaliyyəti ilə məşğul olan “77 DN 661” nömrə nişanlı “Toyota Prius” toqquşub.
Bu barədə “Toyota Prius”da olan sərnişin, qəza nəticəsində dizlərindən xəsarət alan Redaktor.az-ın müxbiri Nərmin Vüqarqızı özü məlumat verib.
Onun sözlərinə görə, hərəkətdə olarkən təkəri partlayan “Chevrolet Orlando” qəfildən “Toyota Priusun” qarşısına çıxıb. Nəticədə avtomobillər möhkəm toqquşub. Taksidəki digər sərnişinlər isə xəsarət almayıb.
Faktla bağlı araşdırmalar aparılır.
İLTİFAT