Qaradağda piyadanı avtomobil vurdu

 09:03 17.01.2023     413

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Məmmədov Bəylər Füzuli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən