Rusiyada hərbi hissədəki partlayışda ölənlərin sayı artdı

Rusiyanın Belqorod şəhərindəki hərbi hissədə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Redaktor.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edək ki, patlayış yanvarın 14-də baş verib. Tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb. Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.
Partlayış və yanğınla bağlı cinayət işi açılıb.