Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu

 22:52 17.01.2023     360

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

Qəza zamanı beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.