Qəzada yaralanan FHN-in sürücüsü öldü - FOTO

Yol qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib.
Redaktor.az xəbər verir ki, hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb.
Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində yol qəzasına düşüb.
O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.