Bakıda məktəbli qız manyakdan belə qurtuldu - VİDEO

 11:18 18.01.2023     1730

Bakıda manyak peyda olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, manyak dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəyib. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytanantı Elşad Hacıyevin Redaktor.az-a verdiyi məlumata görə, hadisədən xəbərdardır və araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək",- E.Hacıyev əlavə etdi.

Tunar Altunbay