İs adamı öz adını verdiyi şadlıq evində yıxılıb öldü - FOTO

 13:34 18.01.2023     290

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayının müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub.

O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.