Ağcabədidə törədilən qətlin TƏFƏRRÜATI

 15:27 18.01.2023     157

15 yanvar 2023-cü il tarixdə Ağcabədi rayon polis şöbəsindən rayon prokurorluğuna Ağcabədi şəhər sakini Mehdiyeva Dəstəgül Ənvər qızının üzərində xəsarətləri olan meyitinin Ağcabədi rayon mərkəzi xəstəxanasına daxil olması barədə məlumat verilib.

Redaktor.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Ağcabədi rayon prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Mehdiyev Əliyar Bayram oğlu Ağcabədi şəhəri H.Hacıyev küçəsində yaşadığı evdə arvadı Mehdiyeva Dəstəgül Ənvər qızı ilə aralarında ailə-məişət zəminində baş vermiş münaqişə zamanı balta ilə sonuncunun baş nahiyəsinə bir neçə dəfə vurmaqla onu qəsdən öldürmüşdür.

Faktla bağlı bağlı Ağcabədi rayon prokurorluğunda CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, Mehdiyev Əliyar Bayram oğlu rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində saxlanılaraq şübhəli şəxs qismində tutulmuş, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.